Mars planetində canlı həyatın mövcudluğunu sübut edən faktlar tapılıb.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, "Curiosity" tərəfindən bor maddəsi tapılıb. Bu isə milyon il əvvəl planetdə suyun olduğunu sübut edir. Aparat 2012-c ildə Marsa enib və NASA-ya bu layihə 2.5 milyard dollara başa gəlib.
Bor kimyəvi elementi suda əriyir və adətən su obyektlərinin buxarlanması nəticəsində meydana gəlir. Bundan başqa bor bir çox zülal molekulunda istifadə edilir, DNK v RNK sintezi üçün çox vacib elementdir. Amerikalı alimlərin qənaətinə görə, bu fakt Marsda su və canlı həyatın olması barədə teoriyanı daha da gücləndirir.
Curosity komandasının rəhbəri Con Qrotsinqer deyib: "Aparatımız enən ərazi, Qeyl krateri on milyon il əvvəl həyat üçün əlverişli olub. Burada su axarları və göllər olub".
Kosmik tədqiqat aparatı hazırda Şarp dağlarının ətəyində, yəni eniş etdiyi yerdən onlarla kilometr uzaqda yerləşir. Missiyanın ilk dövründə aparatın 2 il sonra sıradan çıxacağı düşünülsə də, Curosity hələ də Marsın səthində gəzərək fotolar lentə alır.
Aktual.az
Xəbər 738 dəfə oxunub.