Marqvelaşvili Zəlimxan Yaqubun vəfatı ilə bağlı başsağlığı verdi

Marqvelaşvili Zəlimxan Yaqubun vəfatı ilə bağlı başsağlığı verdi
  • DÜNYA

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib.


Aktual.az "Report"a istinadən  xəbər verir ki,  G.Marqvelaşvili olayla bağlı "bu, həm Azərbaycan, həm də Gürcüstan üçün böyük itkidir" deyib.
Gürcüstan prezidenti mərhum Z.Yaqubun ölkələr arasındakı ədəbi münasibətlərin inkişafında qiymətsiz rolunun olduğunu vurğulayaraq, Azərbaycan xalq şairinin xidmətlərinə görə Gürcüstanın "Şərəf" ordeni ilə təltif edildiyini xatırladıb.
"Əminəm ki, Zəlimxan Yaqubun əziz xatirəsi və yaradıcılığı gələcək nəsillərin qəlbində daim yaşayacaq", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Xatırladaq ki, Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişib

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR