Gürcüstan prezidenti Georgi Marqvelaşvili erməni həmkarı Serj Sarkisyanla həm təkbətək, həm də geniş tərkibli görüş keçirir.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, tərəflər iqtisadi əməkdaşlıq məsələlərini detallı şəkildə müzakirə edir.
Prezidentlər, həmçinin regionda sabitlik və sülhün təmin olunmasının vacibliyini vurğulayıblar.
Geniş tərkibli görüş bitdikdən sonra Gürcüstan və Ermənistan prezidentləri birgə mətbuat konfransı keçirəcək.