Marqvelaşvili və Ərdoğan Bakı-Tiflis-Qars dəmiryolu layihəsini müzakirə etdi

Marqvelaşvili və Ərdoğan Bakı-Tiflis-Qars dəmiryolu layihəsini müzakirə etdi
  • DÜNYA


Gürcüstan prezidenti Georgi Marqvelaşvili Türkmənistana səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb. 

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Gürcüstan prezidenti administrasiyasının məlumatına əsasən, dövlət başçıları görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini - Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin reallaşdırılmasının tezləşdirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin buraxılış qabiliyyətinin artırılması, Xəzər enerji resurlarının daşınmasında yeni imkanlara dair mövzuları müzakirə ediblər.

Gürcüstan prezidenti Azərbaycan, Türkmənistan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsinə dair öz fikirlərini bölüşüb. 

Tərəflər həmçinin regional təhlükəsizliyə dair məsələləri müzakirə ediblər.

Türkiyə prezidenti Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyərək, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın separatçı rejimləri ilə sazişlər imzalamasını pisləyib. 

Aktual.az

Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR