Marketlər şəbəkəsi ilə nazirlik arasındakı qalmaqal efirdə - VİDEO

Marketlər şəbəkəsi ilə nazirlik arasındakı qalmaqal efirdə   - VİDEO

Kamran Eyyubov: "Mən nazir müavinin marketlərin dövriyyəni gizlətmələri ilə bağlı çıxışına təəssüf edirəm"
 
ANS televiziyasının "Beşbarmaq" verilişində pərakəndə satış sektorunun nümayəndələri ilə sahənin problemləri, son zamanlar pərakəndəçilərin ƏDV ilə ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciəti əsasında gündəmə gələn məsələlər müzakirə olunub. 
 
Arqument.Az xəbər verir ki, pərəkandə satış sektorunun nümayəndələri, müstəqil ekspertlər mövzu ilə bağlı fikirlərini səsləndirib. Əlavə dəyər vergisinin əvvəllər də olduğunu deyən verilişin aparıcısı Ulvira Qarayeva ƏDV ilə bağlı problemin nə üçün gündəmə bu gün gəlməsinin səbəbini soruşub. 
 
"Fresko" və "Səbət" supermarketlər şəbəkəsinin baş direktoru Kamran Eyyubov bildirib ki, onların müraciəti narazılığı ifadə etmir, bu, sadəcə dialoqa çağrışdır: "Uzun müddətdir ki, biz-bütün şəbəkələr çətinliklər yaşayırıq. İstəyimiz ondan ibarət idi ki, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və pərəkəndəçilər ümumi bir dialoq keçirək. Biz mağazalara külli miqdarda kapital qoyuruq. Çoxlu sayda işçilərimiz var. Bizdə bilavasitə işləməyib, dolayısı yolla şəbəkələrdə işləyən işçilər var. Biz çətinik yaşayırıq və qeyri-rentabelli bir biznez mühitindəyik. Bununla bağlı çağırış etdik. Bilavasitə kənd təsərrüfatı məhsulları ilə və əlavə dəyər vergisindən azad olan məhsullarda problemlərimizin olduğunu, müyyən güzəştin olmağını xahiş etmişdik. Məqsədimiz bir işçi qrupun yaradılması və hər bir tərəfin qalib gələ biləcəyi bir ortamın yaradılması idi". 
 
"Rahat" marketlər şəbəkəsinin nümayəndəsi Cəlal Babakişiyev aparıcının niyə cəmi 3 supermaket nümayəndəsinin məsələ ilə bağlı narahat olub studiyaya gəlməsi sualına cavabında bildirib ki, yalnız bir neçə supermarketdə deyil, hər birində vəziyyət eynidir: "Biz toplanırıq və hər kəs öz fikrini söyləyir. Biz dialoqa çağırırıq. Bütün inkişaf etmiş ölkələrdə islahatlar olur və bu normal bir prosesdir ki, sahibkarları, biznesmenləri çağırıb bir masa arxasında oturur müzakirələr aparırlar. Yəni bu məslədə qərar vermək məsələsi mütləq prosedir. Məsələn, yumurtanı tədarükçilər bizə 15 qəpiyə gətirir biz üzərinə iki qəpik qoyuruq. Amma 17-qəpikdən 18 faiz əlavə dəyər vergisi dövlətə verməliyik. Bu da 3 qəpik edir. 15 qəpiyə alıram 14-ə satıram. Bizim istəyimiz odur ki, bu mallar ədv-dən azad olmalıdır. Bəzi mallar diferansial tətbiq olunmalıdır ki, süni qiymət artımı olmasın". 
 
Diaoloq tərəfdarlarının kimlər olması məsələsinə gəlincə isə, "Meqastor" və "Sarı" marketlər şəbəkəsinin təsisçisi Eşqin İsmayıllı bildirib ki, pərakəndəçiliyin nə qədər mühüm bir sahə olduğunu hər kəs bilir: "Burada dövlət büdcəsinə yüksək verginin verilməsi ilə yanaşı, çoxlu sayda vətəndaşlarımız işlə təmin olunur. Pərakəndəçilik bizim millətin bir güzgüsüdür. Qarşıdan beynəlxalq tədbirlər gəlir, gələn turistlər marektlərə girəcək, marketlər nə qədər səliqəli, şəbəkələşmuş formada olarsa o qədər daha yaxşı olar". 
 
K.Eyyubov öz növbəsində bildirib ki, xahişlərini İqtisadi İnkşaf Nazirliyi ilə yanaşı, Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri Ziyad Səmədzadəyə də ünvanlayıblar: "Qanunvericilik təşəbbüsünün Milli Məclis tərəfindən olduğunu bilirik. Dialoqda İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi pərakəndəçilər Vergilər Nazirliyi, və istehlakçıları təmsil edən bir qrum olmalıdır. Nazirlik tərəfindən müraciətimizə operativ reaksiya da oldu. Məsələ ilə bağlı bizə geri dönüş olacağını bildirdilər, amma təəssüflər olsun ki, biz hələ gözləyirik. İqtisadi inkişaf Nazirliyinə müraciətimiz təsadüfüi deyildi. Biz hər zaman onlardan dəstək görmşük". 
 
İqtisadçı-ekspert Rəşad Əliyev bildirib ki, bir çox ölkələdə olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində müyyən vergi rejimləri var: "Əgər biz pərakəndə ticarətdən danışırıqsa burada sadələşdirilmiş vergi, digəri əlavə dəyər vergisi və mənfəət vergisidir. Söhbət ondan gedir ki, bunların hər birinin üstün və çatışmayan cəhətləri var. Əgər biz pərakəndə ticarəti götürsək burda sərf edən forma ƏDV və mənfəət vergisidir. Sadəcə olaraq burada satışda elə qrup mallar yaranır ki, onların satışı həmin vergi rejimi üzrə zərər gətirməyə başlayır. Bu zaman onlar digər vergi sistemi ilə işləyn hüquqi şəxsələrə nisbətən rəqabət cəhətdən uduzmağa başlayır. Sadələşdirmiş vergi ödəyicisi yumurtanı 12 qəpiyə alıb 15 qəpiyə satanda mənfəətlə sata bilir. Sadəcə olaraq müəyyən mal qrupları yaranır ki, vergi ödəyicisi bunu satanda rəqabətli qiymətə sata bilmir. Digər vergi ödəyicilərin ilə müqayisədə daha baha qiymətə satır. Yumurta, toyuq əti kimi məhsullarda supermarketlər digər vergi ödəyicilərinə nisbətdə mal satışında aşağı rəqabətə girir. Əlavə dəyər vergisinin mahiyyəti odur ki, vergi əlavə dəyərdən ödənilir. Əgər əvvəlki alışda ƏDV ödənilməyibsə məcbur sonuncu satıcı ödəməlidir. Azərbaycanda hətta sənaye üsulu ilə istehsla olunun kənd təsərrüfatı məhsullarının satışı da ədv-dən azaddır. Həmin vergi ödəyiciləri hətta əlavə olaraq mənfəət vergisi və əmlak vergisindən azaddır. Problem ondadır ki, həmin məhsulun istehsalçısı ya məhsulu bazarda özü sata bilər ya sadələşdirilmiş vergi ödəyicisinə yaxud da ədv ödəyicisinə sata bilər. Onun üçün bir əhəmiyyəti yoxdur. Ona görə düşünürəm ki, super-marketlərə vergi güzəştlərinə ehtiyac varsa, ancaq kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün güzəştlərə ehtiyac yoxdur". 
 
Eşqin İsmayıllı aparıcının problemlərin nə zaman başladığı ilə sualına cavabında bildirib ki, ciddi problemləri devalvasiyadan sonra başlayıb: "Sadə misal çəkim. əgər biz qan verməyə gedəndə verə biləcəyimiz 400 millilitr yerinə 600 versək, ayaq üstə dura bilməyəcəyik. 3-4 aydan bir qan verməliyik. Yəni batmaq təhlükəsinə gəlib çatdığımız üçün kömək istəyirk". 
 
Cəlal Babakişiyev marketlərində kənd təsərrüfatı mallarının satışının 20 faizə qədər təşkil etdiyini bildirib. "Rahat" marketin nümayəndəsi onu da qeyd edib ki, onlar uzun partnyorluq müqaviləsi ilə çalışıblar: "Biz uzun illər belə çalışmıqşıq. Vergi ilə partnyorluq müqaviləmiz olub. Bizim vasitəmizlə büdcəyə külli miqdarda pullar köçürülür və biz bununla qurur duyuruq. Büdcə dövlətin sütunudur, sahibkar da büdcənin. Ona görə bu həssas məsələdir". 
 
U.Qarayevanın vergidən kimlərin yayındığı ilə bağlı sualının cavabında E. İsmayıllı bildirib: "Şəbəkələr hazırda Azərbaycanda pərakəndəçiliyin 20 faizini təşkil etdiyi halda vergi ödəmələrinin 80 faizini təmin edir. Rəqəmlərdə dəhşətli bir fərq var. Sonuncu devalvasiyadan sonra isə bütün tədarükçü firmalar mal verilişini dayandırdılar, məhdud sayda mal verməyə başladılar, dövriyyəmiz azalmağa başladı. Bizim illik gəlirliyimiz 3-4 faiz aşağı düşüb”.
 
K.Eyyubov bildirib ki, kənd təsərrüfatı məhsullarına 18 faiz qoymağımız o deməkdir ki, biz onları digər ölkələrdən ölkəyə idxal olunan mallarla rəqabətə salacayıq və biz bu rəqabətin axırının ne olacağını bilmirik: "Qazanc olmalıdır ki, sahibkar buna pul ayırsın. Marketlər şəffaflıq, xidmət mədəniyyət gətirir, təmizlik gətirir. Bizim çağrışımız ondan ibarətdir ki bütün vergi ödəyənlər eyni səviyyədə olsun. Nəzərə almaq lazımdır ki, bizim mağazalar kirayədədir. Kirayə haqqı veririk. İşçilər maaş alır, kommunal xərclər var və s. Dünyada istənilən şəbəkə 2 faiz gəlir əldə edirsə, bu uğurdu. Böyük şəbəkə marketləri dövriyyəni gizlədə bilməz. Mən nazir müavinin marketlərin dövriyyəni gizlətmələri ilə bağlı çıxışına təəssüf edirəm. Bizdə ötürücü qurğular quraşdırılıb. Ondan əvvəl də xronometrajlar keçirilib. Hər bir kassanın başında vergi ödəyicisi dayanır. Bundan başqa böyük tədarükçülərlə işləyirik. Onların satışları müəyyən olunub. Bizə mal Vergilər Nazirliyindən keçmiş ciddi faktura ilə gəlir. Bütün ödəmələri banklar vasitəsilə edir. 1 milyonluq satış etmişiksə 100 minlik ödəmə etməyimiz mümkün deyil. Böyük şəbəkələrin dövriyyəni 40-25 dəfə gizlətməsi mümkün deyil, mən bunu qəbul etmirəm".
 
 
Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR