Supermarketlərdən birində toyuq məhsulunun qiymətinin aşağı endirilməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Aktual.az big.az-a istinadən bildirir ki, 1 kilosu 2 manat 60 qəpik olan toyuğun şok endirimlə 2 manat 59 qəpiyə satışa çıxarılması müzakirələrə yol açıb.
Marketdə alıcıların bu şəkildə ələ salınması sosial şəbəkə istifadəçilərinin narazılığna səbəb olub. Sözügedən foto çoxsaylı istifadəçilər tərəfindən paylaşılır, tənqid olunur. Fotonun hansı supermarketdə çəkildiyi isə hələ ki məlum deyil
Fotonu təqdim edirik.