Mark Zukerberq müsəlmanları dəstəklədi

Mark Zukerberq müsəlmanları dəstəklədi
  • DÜNYA

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Trampın bəyanatı səbəbindən yaranan qalmaqal fonunda müsəlmanlara öz dəstəyini ifadə edib.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, TASS agentliyinin verdiyi məlumata görə, bu barədə o, öz rəsmi "Facebook" səhifəsində yazıb.

"Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq", — deyə o bildirib.

Zukerberqin sözlərinə görə, nifrət ədəbsizliyə yol aça bilər, lakin nə qədər ki, insanlar bir-birində yaxşı şeylər görürlər, ən yaxşı dünyanı qurmaq üçün fürsət qalır.

Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR