Mariya Zaxarova: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə..."

Mariya Zaxarova:

Türkiyə rəsmi nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsinin müsbət həlli üzrə əlavə təklifi varsa, bu, heç bir problem yarada bilməz.

Aktual.az report-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə konstruktiv töhfə verə bilər.

"Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə indi həyata keçirilən səylər, o cümlədən Rusiya Federasiyasının səyləri, intensiv şəkildə aparılan proses dinamikasını itirməyəcək. Bunun, həqiqətən, irəliləyişə səbəb olacağına ümidvarıq", - deyə, M.Zaxarova bildirib.

Xəbər 717 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR