"Biz müntəzəm olaraq Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və nizamlanma mövzusu ilə bağlı müxtəlif istiqamətlərdə məşğul oluruq”.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Siz ən yüksək səviyyədə fəallığı, rəhbərlik səviyyəsində görüşləri, Azərbaycan və Ermənistan nazirlərinin necə işlədiyini görürsünüz, bizim bu məsələ ilə bağlı xüsusi nümayəndələrimiz var. Səfirliklərimiz və ekspertlərimiz gündəlik olaraq işləyirlər. Proses gedir və fasiləsiz davam edir”, - o vurğulayıb.
Xəbər 319 dəfə oxunub.