Ötən gün vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradona üçün təcili yardım gec gəlib.
Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə onun vəkili Matias Morla tvitterdə yazıb.
O bildirib ki, təcili yardımın gəlməsi 30 dəqiqədən çox çəkib. Morla bunu axmaqlıq adlandırıb. "Bu, nəticəsiz qalmamalıdır. Bütün halların sona qədər araşdırılmasını istəyəcəyəm".
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.
Xəbər 372 dəfə oxunub.