Argentina milli komandasının sabiq futbolçusu Dieqo Maradona baş məşqçisi olduğu Meksika "Dorados"unun düşərgəsində bir neçə gündür görünmür.
"Report"un "TyC Sports"a istinadən verdiyi məlumata görə, dekabrın 26-dan komandanın mövsümöncəsi məşqləri fiziki hazırlıq üzrə mütəxəssisin rəhbərliyi altında gerçəkləşir. Maradonanın kluba qayıdıb-qayıtmayacağı hələ bilinmir. Onun yeni transferlərdən və köməkçiləri ilə bitən müqavilənin uzadılması istiqamətində danışıqların aparılmamasından narazı olduğu deyilir. Argentinalı mütəxəssisin özünün "Dorados"la müqaviləsi 2019-cu ilin yayınadəkdir.
Qeyd edək ki, Dieqo Maradona mayda Belarusun "Dinamo" (Minsk) klubunda İdarə Heyətinin sədri postunu tutub. Lakin Maradona orada da uzun müddət görünməyib. O, "Dorados"a sentyabrın 7-də baş məşqçi təyin olunub.
Aktual.az
Xəbər 520 dəfə oxunub.