Maradona FİFA prezidentliyinə namizəd oldu

Maradona FİFA prezidentliyinə namizəd oldu

Maradona FİFA prezidentliyinə seçkilərdə iştirak edəcək. 

Aktual.az aznews.az istinadən xəbər verir ki, Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradona FİFA prezidenti postuna seçkilərdə iştirak edəcəyini təsdiqləyib. 

“Mən FİFA-ya mənə iş verən BƏƏ-yə görə qayıdacağam. Ən əsası isə mənə görə bu qədər çox çətinliklər yaşayan ailəmin xətrinə qayıdacağam. Mən intiqam fikri ilə deyil, futbolda dəyişikliklər etmək ideyası ilə qayıdacağam. Korrupsiya, oğurluq artıq kifayətdir!”,- deyə Maradona bildirib. 

Xatırladaq ki, FİFA tarixində ən böyük qalmaqal mayın 27-də Sürixdə şirkətin yeddi nəfər yüksək rütbəli məmurunun rüşvətə görə tutulması zamanı baş verib. Baş verən hadisələrin fonunda Blatter növbəti dəfə prezident seçilməsinə baxmayaraq, istefa verib.

FİFA prezidentliyinə yeni seçkilər 2016-cı il fevralın 26-da keçiriləcək.

 
Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR