“Ermənistandan fərqli olaraq”.
Bir neçə il öncə ATƏT-in sammitində Ermənistan bəyan etmişdi ki, əgər Azərbaycan müharibəyə başlayarsa, o zaman Ermənistan Dağlıq Qarabağı tanıyacaq və ona yardım edəcək.
Sonra Ermənistan Avrasiya İttifaqına daxil olarkən, Serj Sarkisyan üzündə təəccüb ilə: Kim dedi ki, Qarabağ Ermənistanındır? deyə sualını verdi. İndi vəziyyət kəskinləşib və o, bəyan edir ki, Qarabağ Ermənistanın ayrılmaz hissəsidir.
Buna necə ciddi yanaşmaq olar? Hələlik heç bir həll yoxdur, Ermənistan diplomatiyasında bu qəbildən olan bəyanatların dəyəri yoxdur.
Aktual.az Oxu.az-a istinadan bu barədə Erməni milli və strateji araşdırmalar mərkəzinin direktoru Manvel Sarkisyan, Ermənistan prezidentinin Qarabağın Ermənistanın ayrılmaz hissəsi olmasına dair bəyanatını şərh edərkən söyləyib.
Sərhəddə gərgin vəziyyətdən danışarkən, politoloq qeyd edib ki, Azərbaycanın Ermənistandan fərqli olaraq siyasi xətti mövcuddur.
“Ermənilər mütəmadi olaraq cəza konseptinə yaxınlaşırlar. Əslində bu cəzanın nə nəzərdə tutduğunu bilmirəm. Hansısa terminlərdən istifadə edirlər, bu isə onların cəzanın məğzinin nədən ibarət olduğu barədə təsəvvürlərinin olmadığını göstərir. İndi hər şey sadəcə havada asılı qalıb.
Ermənistan siyasət aparmır, bu isə Azərbaycana ağır silahdan istifadə etməyə imkan yaradır. Bu, Rusiya siyasətinin Ermənistanda adekvat cavab almamasının nəticəsidir.
Qınamaq nə deməkdir? Bu, uşaq bağçası deyil. Ermənistan sadəcə Rusiyaya qarşı elə bir siyasət yürütməlidir ki, o, Azərbaycana silah satmazdan öncə yüz dəfə ölçüb-biçsin.
Belə siyasət aparılmayıb, əksinə, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının təlimlərindən danışılır.
Sərhəddə müharibədir, Kollektiv təhlükəsizlik Müqaviləsi təşkilatı isə təlimlər keçirir və müharibəyə dair heç bir bəyanat verməyib. Belə şəraitdə hakimiyyət Kollektiv təhlükəsizlik Müqaviləsi təşkilatına Ermənistana girməyə necə icazə verib?
Yəni, bu Rusiyanın siyasətinin davamıdır, bu isə Azərbaycana öz mövqelərini möhkəmləndirməyə imkan verəcək”, - Sarkisyan deyib.
Aktual.az