Müxalifət Ankarada keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının iclasına iqtidardan olan deputatlarla getməkdən imtina edir.
Aktual.az xəbər verir ki, bunu Ermənistan parlamentinin İqtisadiyyat Komissiyasının sədr müavini Babken Tunyan "Hayastan” fraksiyasından olan deputat Geqam Manukyana cavabında deyib.
"Mayın 4-də keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün Türkiyəyə, Ankaraya yola düşürük (nümayəndə heyətinə parlament sədri Alen Simonyanın rəhbərlik edəcək - red.) Burada bizi kifayət qədər mürəkkəb gündəm gözləyir. Siz də həmin nümayəndə heyətinin üzvüsünüz. Ruben Rubinyanın niyə getdiyini soruşursan. Mən də soruşuram, sən niyə gəlmirsən? Çox yaxşı forumdur, gələrdiniz, bütün qayğılarınızı qaldırardınız. Problemlər çoxdur, fikirlərimizi irəli sürməkdə bizə kömək edərdiniz. Bu, bilavasitə sizin öhdəliklərinizdir”, - Tunyan bildirib.
Qeyd edək ki, Geqam Manukyan çıxışında Azərbaycanla ABŞ-da baş tutan danışıqlarda parlament spikerinin müavini, Türkiyə ilə danışıqlar aparan Ruben Rubinyanın iştirakına narazılığını bildirmişdi.
Xəbər 263 dəfə oxunub.