Manukyan: Məni Azərbaycan prezidentinin təltif etməsi xoşuma gəldi

Manukyan: Məni Azərbaycan prezidentinin təltif etməsi xoşuma gəldi
  • İDMAN

“Bakıda mənə azarkeşlik edən üç ailə vardı”.

Avropa Oyunlarında gümüş medal məndən ötrü yaxşı nəticə idi, çünki zədəli idim.

Aktual.az oxu.az-a istinadən əbər verir ki, bunu XSPORT portalına müsahibəsində Ukraynada 2015-ci ilin ən yaxşı boksçusu Gevorq Manukyan yayda Bakıda keçirilən I Avropa Oyunları barədə təəssüratları haqda danışarkən deyib.

“Bəlkə də elə bu xeyirliyə oldu. Zədəyə görə final oyununa çıxmadım. Rəqib – azərbaycanlı Əbdülqədir Abdullayev pis deyildi, amma hamı ilə döyüşmək olar. Məncə, rəqibim adi oğlan idi. Mənə Amma ağır idi, axı mən yerli boksçu ilə döyüşürdüm. Finalda zəiflər olmur”, - deyə erməni əsilli ukraynalı idmançı bildirib.

“Heç bir neqativ yox idi. Döyüşə çıxırdım və qışqırıqlara fikir vermirdim. Birinci döyüş zamanı mənim soyadımı Manunyak kimi səsləndirdilər, fit səsləri eşidildi, ikincidə isə Manukiv kimi elan etmişdilər. Məni Azərbaycan prezidenti İlham Əliyevin təltif etməsi isə çox xoşuma gəldi. O, auditoriyanı sakitləşdirdi. Mən qalib gəlməyimdən yerli camaatın xoşu gəlmədi, amma üç ailə vardı ki, mənə azarkeşlik edirdilər”, - deyə Manukyan qeyd edib.

Qeyd edək ki, Bakıda keçirilən Avropa Oyunlarının gümüş mükafatçısı Gevorq Manukyan Ukraynada ilin ən yaxşı boksçusu adını qazanıb.

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR