“Mançester Yunayted” 36 milyon avroya aldığı futbolçusu ilə vidalaşıb

“Mançester Yunayted” 36 milyon avroya aldığı futbolçusu ilə vidalaşıb

2018/2019 mövsümünün sonunda İngiltərənin "Mançester Yunayted” komandasını tərk edəcək ilk futbolçu müəyyənləşib.

"Report” klubun "Twitter” səhifəsinə istinadən xəbər verir ki, Ander Errera ilə başa çatan müqavilənin müddəti uzadılmayacaq. 29 yaşlı yarımmüdafiəçi klubu azad agent statusu ilə tərk edəcək.
Qeyd edək ki, Errera 2014-cü ildə İspaniya "Atletik”indən 36 milyon avroya transfer olunub. O, 5 il ərzində iştirak etdiyi 189 oyunda 20 qol vurub.
Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR