FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Aktual.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində dekabrın 13-də keçiriləcək "Srvena Svezda” (Serbiya) – "Mançester Siti” (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Ona FİFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Alpər Ulusoy (Türkiyə), AVAR isə Abdulqadir Bitigen (Türkiyə) olacaq.
Xəbər 199 dəfə oxunub.