Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa uzman uroloqu, Dr. Araz Bayramov avqust ayının 15-dən avqust ayının 31-nə qədər prostat adenomasından və kişi sonsuzluğundan əziyyət çəkən xəstələrin endirimli şərtlərlə qəbulunu həyata keçirir.
Belə ki, prostat adenomasından əziyyət çəkən xəstələr 50 AZN ödəməklə həkim müayinəsindən, Dr. Araz Bayramovun özü tərəfindən baxılan ultrasəs (USM) müayinəsindən və transrektal müayinədən keçirlər.
Kişi sonsuzluğundan əziyyət çəkən xəstələr isə 50 AZN ödəməklə həkim müayinəsindən, Dr. Araz Bayramovun özü tərəfindən baxılan USM müayinəsindən və xayaların ultrasəs müayinədən keçirlər.
Xəstəliyin dərəcəsi ağır olarsa əldə olunan nəticələr Almaniyanın Komputerləşmiş Diaqnostika Mərkəzinə göndəriləcək.
Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Herriot adına Mərkəzi Xəstəxanasında çalışıb. ABŞ-ın dünyaca məşhur “Klivlend” və “Amerikan” klinikaları, “Georges Lopez” İnsitutu ilə əməkdaşlıq edən Dr. Araz Bayramov Avropa Uroloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvüdür.
Böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.
Hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib.
Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin laporoskopik üsulla böyrəyi qoruyaraq çıxarılması, yəni laporoskopik parsial nefrektomiya əməliyyatını həyata keçirib.