Manana əri ilə necə tanış olub?

Manana əri ilə necə tanış olub?

Əməkdar artist Manana həyat yoldaşı ilə tanışlıq hekayəsini danışıb.

Aktual.az-ın məlumatına görə, əməkdar artist bu haqda “Yeri gəlmişkən” verilişinə açıqlamasında bəhs edib: 

“İnsan hisləri ilə yaşamalıdır. Valideynlərim hər zaman deyirdi ki, sevin. Həyat yoldaşımla dəniz kənarında istirahət edərkən tanış olmuşam. Dənizə baxıb həyatım haqda düşünürdüm.Anamla tək qalmışdım. Həyatımın necə olacağını, kimlə ailə quracağımı  fikirləşirdim. 10 gün orada qaldım. 9-cu gün bir oğlan yanıma gəldi, dəsmalını yerə salıb oturdu. Mənə baxıb soruşdu ki, "siz Mananasız? Sizinlə fəxr edirik".

Həyat yoldaşım ürəyitəmizdir, məni çox sevir. Allah onu mənə  hədiyyə göndərdi. İnsan sevərək ailə qurmalıdır, sevgi ilə yanaşı hörmət, inam olmalıdır”.

Qeyd edək ki, Manana 2008-ci il yanvarın 8-də iş adamı Georgi Qabelave ilə ailə qurub. Cütlüyün bir qızı birhəyatı quran Manananın həyat yoldaşı. Cütlüyün Elizabet adlı qızı, David adlı oğlu var. 

 
Xəbər 1419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR