Mamontlara mühafizə olunan heyvanlar statusu veriləcək

Mamontlara mühafizə olunan heyvanlar statusu veriləcək

Mamontlara qorunan heyvanların xüsusi statusu veriləcək. Məqsəd fil sümüyü əldə etməni dayandırmaqdır.

Aktual.az  AZƏRTAC-a istinadən bildirir ki, Kökü kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyanın (CITES) rəsmi saytında bu məsələ ilə bağlı material yerləşdirilib.

Fil sümüyü əldə etmək üçün fillərin ovlanması qanunla qadağandır. Lakin nəsli kəsilən mamontların sümüklərinin əldə edilməsi qadağan edilməyib. Alimlərin açıqladığı statistikaya əsasən, tundrada qar altında 150 milyona qədər mamont cəsədi ola bilər. Mamont sümükləri bahalı məmulatın istehsalında material kimi istifadə edilir.

Alimlər iddia edirlər ki, mamont sümüklərini fil sümüyündən ayırmaq üçün savadlı mütəxəssisin olması, bəzən isə DNT analizinin keçirilməsi vacibdir. Çünki əksər hallarda cəzasız qalmaq üçün ovçular fil sümüyünü mamont sümüyü kimi qələmə verirlər.

SİTES Komitəsi nəsli kəsilmiş mamontlara mühafizə olunan növ statusu verilməsini təklif edir. Bununla da mamont sümükləri və onlardan hazırlanan məmulatın ticarətinin qadağan edilməsi nəzərdə tutulur. Bu məsələ ilə əlaqədar sentyabrın sonlarında Cənubi Afrika Respublikasında müşavirə keçiriləcək.

© Materiallardan istifadə

Xəbər 793 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR