Malların gömrük rüsumunu öyrənmək asanlaşdı – VİDEO

Malların gömrük rüsumunu öyrənmək asanlaşdı   – VİDEO

DGK məlumat yaydı.

Dövlət Gömrük Komitəsi (DGK) Xarici İqtisadi Fəaliyyət iştirakçılarına yeni elektron xidmətlərini təqdim edib. 

Bu barədə Komitədən bildirilib.

Komitədən qeyd edilib ki, iş adamları idxal-ixrac əməliyyatları haqqında arayışı gömrük orqanına gəlmədən almaq, sərhəd-gömrük buraxılış məntəqələrindən sürətli keçmək üçün komitənin internet səhifəsindəki elektron xidmətlərdən istifadə edə bilərlər.

“Eləcə də dövlət sərhədindən keçirəcəyiniz valyuta, mal vəya nəqliyyat vasitəsinin bəyan edilməsinə vaxt itirməmək, gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərinizi gömrük orqanına gəlmədən təqdim etmək və Mərkəzi Gömrük Ekspertiza İdarəsinə elektron müraciət etmək üçün Dövlət Gömrük Komitəsinin internet səhifəsindəki elektron gömrük xidmətlərindən istifadə edin»-deyə komitədən bildirilir.

DGK ölkəyə gətirilən malların gömrük rüsumunun əvvəlcədən öyrənilməsi üsulunu da açıqlayıb:

“Siz ölkəyə idxal edəcəyiniz malın gömrük rüsumunu öyrənmək istəyirsiz, malınızı ilkin bəyan edib gömrükdən tez bir zamanda keçmək istəyirsiz. Onun sadə yolu vardır:

Bunun üçün Dövlət Gömrük Komitəsinin internet səhifəsinə daxil olun, elektron gömrük xidmətləri bölməsində malın nomenklaturası menyusuna daxil olub istədiyiniz malı tapın və gömrük yığımları düyməsini basın və bu zaman siz tələb olunan gömrük rüsumları ilə tanış ola biləcəksiz. İlkin bəyan üçün sizə şəxsi kabinetdən - sərhəddən keçirəcəyim malların ilkin bəyan olunması düyməsini basın.

Yeni mal bəyan et keçidini sıxıb malınız haqda məlumatları əlavə edin. Bu məlumatlar ardıcıl olaraq malın təyinatı, malın kodu, mal haqqında məlumat, çəkisi, miqdarı və hərəkət marşrutu kimi bölmələrdən ibarətdir. Malın daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanını və konteynerin nömrəsini məlum olduğu halda qeyd edin.

Üçüncü mərhələdə idxalçının VÖEN nömrəsi, adı və ünvanı qeyd olunur. Daha sonra ixracatçının eyni adlı bölmələri doldurulur.

Üçüncü mərhələdə idxalatçının sərhəd keçid məntəqəsini seçdikdən sonra invoysun nömrəsini, malın invoys qiymətini, valyutanı və invoysun surətini əlavə etmək lazımdır. Son olaraq dörd simvollu kodu daxil edirik”.

Xəbər 851 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR