Maliyyə və sığorta sahəsində çalışanların sayı azalıb – STATİSTİKA

Maliyyə və sığorta sahəsində çalışanların sayı azalıb   – STATİSTİKA

Bu ilin yanvar-iyulunda ölkə iqtisadiyyatının maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı 26,7 min nəfər, onların orta aylıq nominal əmək haqqı 1202 manat təşkil edib. 

Aktual.az  xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyəçilərin sayında 4,6 min nəfər və ya 15% azalma olub.

2015-ci ilin müvafiq dövründə işçilərin sayı 31,3 min nəfər, onların orta aylıq nominal əmək haqqı isə 1205,8 manat təşkil edib.

Statistikaya əsasən, son 26 il ərzində maliyyə sahəsində muzdla çalışan işçilərin sayında ən aşağı göstərici isə 1998-ci ildə (5,4 min nəfər) qeydə alınıb. Bu göstərici 2005-ci ildə 18,1 min nəfər, 2010-cu ildə 24,4 min nəfər, 2011-də 26,3 min nəfər, 2012-ci ildə 26,9 min nəfər, 2013-cü ildə 30,6 min nəfər, 2014-cü ildə 32,8 min nəfər, 2015-ci ildə 33 min nəfər təşkil edib.

Rəsmi statistikaya əsasən, 2014-cü ildə maliyyə və sığorta fəaliyyəti üçün 6785 nəfər işə qəbul edilib, 4403 nəfər işdən kənarlaşdırılıb. Bunlardan 3484 nəfəri öz xahişi ilə işdən çıxıb, 204 nəfəri ixtisara düşüb, 715 nəfər isə digər səbəblərə görə peşəsindən əl çəkib. 

Son nəticə bu ilin ilk 7 ayında maliyyə və sığorta sahəsində çalışanların sayı 6,3 min nəfər və ya 19,1% azalıb. 

Xatırladaq ki, sentyabrın 1-nə olan məlumatlar oktyabrın ikinci yarısında açıqlanacaq.

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR