Maliyyə Nazirliyindən bəzi KİV-lərə XƏBƏRDARLIQ

Maliyyə Nazirliyindən bəzi KİV-lərə   XƏBƏRDARLIQ

"Ötən gün bəzi xəbər saytlarında Maliyyə Nazirliyinin xəzinədarlıq sisteminin çökməsi ilə bağlı əsassız məlumatlar dərc edilib".

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Mətbuat xidmətində qeyd ediblər ki, bu cür cəfəng xəbərlərin heç bir əsası yoxdur: "Xəzinədarlığın İdarəedilməsinin  İnformasiya Sistemi fasiləsiz və tam funksionallığı ilə real vaxt rejimində fəaliyyət göstərir. Həmin sistem vasitəsilə büdcə təşkilatlarının xərcləri vaxtlı-vaxtında həyata keçirilir. Odur ki, ictimaiyyətə qeyri-dəqiq və yanlış məlumatı çatdıran saytlardan həqiqətə uyğun olmayan informasiya ilə bağlı təkzibin dərc olunması tələb olunur", - deyə açıqlamada qeyd olunur.
 
Maliyyə Nazirliyi xəbərdarlıq edir ki, bu cür həqiqəti əks etdirməyən məlumatlar təkrarən kütləvi informasiya vasitələrində yayıldığı halda qurum tərəfindən həmin saytlara və onların təsisçilərinə dair mövcud qanunvericiliyə uyğun sərt addımlar atılacaq.

Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR