Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilmiş Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) sabiq rəisi Namiq Xəlilova yeni vəzifə verilib.
Aktual.az Report-a istinadən xəbər verir nki, N.Xəlilov maliyyə naziri Samir Şərifovun müşaviri təyin edilib. Nazirin digər müşaviri isə Adir Məmmədovdur.
Xatırladaq ki, DSNX bu il fevralın 3-də ləğv edilib. Qurumun səlahiyyətləri Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülüb.