Növbəti ildən eitbarən Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq olunmağa başlayacaq.
Bu barədə maliyyə naziri Samir Şərifov bu gün parlamentdə kemirilən 2016-cı ilin büdcəsinin müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, artıq hökumt bu istiqamətdə ciddi işlər aparır və növbəti ildən tədricən bu sistemin tətbiqinə başlanılacaq.
Nazir bildirib ki, icbari sığorta zamanı dövlət xəstənin müəyyən qism xərclərini öz üzərinə götürəcək: "Yerdə qalan hissəsi isə donorlar, xəstənin yaxınları və digərləri tərəfindən ödənilə bilər".
S.Şərifov əlavə edib ki, bu gün ölkədə mürəkkəb cərrahi əməliyyatlar da həyata keçirilir ki, bu cərrahi əməliyyatları etdirmək hər adamın imkanı daxilində deyil: “Ona görə də bu əməliyyatların həyata keçirilməsi üçün dövlət tərəfindən müəyyən vəsait ödənilir. Bu əməliyyatların həyata keçirilməsi məqsədi ilə tibbi sığortalar həyata keçiriləcək. Vəsaitin müəyyən qismi sığorta ilə, digər qismi isə xəstə tərəfindən ödəniləcək”.