Yunanıstanın maliyyə naziri Yanis Varufakis istefa verib. AzVision.az xəbər verir ki, bu barədə Yunanıstanın “ANA-MPA” agentliyi xəbər verib.
Yanis Varufakisin istefasının ölkədə ötən gün keçirilən referendumun nəticələri ilə bağlı olduğu bildirilir.
İstefasından cəmi bir neçə saat əvvəl maliyyə naziri Avropa Mərkəzi Bankının Yunanıstanın nağd pul ehtiyaclarını qarşılamaqdan imtina etməsi təqdirində ölkəm ikili valyuta sisteminə keçə biləcəyini bildirmişdi: “Avropa Mərkəzi Bankı lazımı addımı atmasa, Kaliforniyada olduğu kimi elektronik pul vahidinə keçərik. Əslində bunu iki həftə keçməli idik. Ancaq, bu addım Yunanıstanın avrodan imtina edilməsi anlamına gəlməməlidir”.
Xatırladaq ki, 2008-ci ildə Lehman Brother böhranına görə, nağd problemi yaşayan Kaliforniya ödənişlər üçün xüsusi kupon dövriyyəyə buraxılmışdı.
Qeyd edək ki, referendumun nəticələrinə görə, yunanlar kreditorların təkliflərini qəbul etməkdən imtina ediblər. Belə ki, seçkilərin yekun nəticələrə əsasən kreditorların təkliflərinin qəbul olunmasına 61,30 faiz seçici “xeyr”, 38,70 faiz seçici isə “bəli” cavabı verib.
Aktual.az