Malayziyanın cənubunda sərnişin avtobusu qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 13 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.
Xəbərdə deyilir ki, avtobus Kuala-Lumpur şəhərindən Djoxor-Baru şəhərinə yollanırdı. Hadisə yerinə 25 yanğınsöndürən cəlb olunub.
Qəzanın səbəbi araşdırılır. İlkin məlumata görə, yol yaxşı vəziyətdə idi, qəzanın baş verdiyi anda yağış yağmırdı.
Aktual.az Xəbər 224 dəfə oxunub.