Makron Szinpinlə görüşdü: Rusiyaya moratorium…

Makron Szinpinlə görüşdü: Rusiyaya moratorium…
  • DÜNYA

Fransa Prezidenti Emmanuel Makron Çin lideri Si Szinpinlə görüşdə Ukrayna və Rusiyanın enerji sektorlarına hücumlara moratorium təklif edib.
Aktual.az xəbər verir ki, bu barədə Fransa Beynəlxalq Radiosu (RFİ) məlumat yayıb.
"Ümid edirəm ki, Çin bizim çağırışımıza və kritik infrastruktura hücumlara ən qısa zamanda moratorium şəklində ən azı atəşkəs əldə etmək səylərimizə qoşulacaq. Bu, qış ərəfəsində çox vacibdir, çünki Ukraynanın mülki infrastrukturu, xüsusən də enerji sektoru Rusiyanın hücumu altında qalır", - Makron bildirib.
Makron əlavə edib ki, Fransa və Çin beynəlxalq hüquqa hörmət edən ədalətli və davamlı sülhə nail olmaq üçün birgə işləyə biləcəklər.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR