Fransa prezidenti Emmanuel Makron Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Aktual.az xəbər verir ki, görüşdən sonra mətbuat konfransı keçirilib.
Makron mətbuat konfransı zamanı bir neçə saatdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə danışacağını bildirib. 2020-ci ilin müharibəsini xatırladan Makron tərəflər arasında diplomatiyanın bərpa edilməli olduğunu vurğulayıb.
Bundan əlavə, Makron Ermənistan və Türkiyə arasında mürəkkəb dialoqa töhfə verməyə hazır olduğunu diqqətə çatdıracaq.
Xəbər 289 dəfə oxunub.