Makron İvanişviliyə zəng etdi - 1 saat danışıblar

Makron İvanişviliyə zəng etdi - 1 saat danışıblar
  • DÜNYA

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Aktual.az
 APA-ya istinadla xəbər verir ki, məlumatı Gürcü Arzusu yayıb.
Bildirilib ki, telefon danışığı Fransa prezidentinin təşəbbüsü ilə keçirilib və bir saat davam edib.
"Makron Gürcüstandakı vəziyyətə görə təəssüfləndiyini qeyd edib və bu vəziyyətin tam aradan qaldırılmasına töhfə vermək arzusunda olduğunu bildirib. Bidzina İvanişvili də öz növbəsində Fransa Prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını alqışlayıb. İvanişvili və Makron növbəti günlərdə yenidən təmasda olacaqları və əldə edilən irəliləyişlərin qiymətləndiriləcəyi barədə razılığa gəliblər. Söhbət bir saat davam edib” - deyə Gürcü Arzusunun məlumatında qeyd edilib.
Xəbər 75 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR