"Makkabi"nin üzvü "əsgər salam"ı verdi: Türkiyədən şikayət

  • İDMAN

Türkiyə Futbol Federasiyası (TFF) "Makkabi"nin (Təl-Əviv) futbolçusu Qabriel Kaniçovskidən UEFA-ya şikayət edib.
Aktual.az xəbər verir ki, israilli futbolçu ötən həftə Avropa Liqasının 5-ci turunun "Beşiktaş"a qarşı keçirilən oyununda qol vurub və bundan sonra "əsgər salam"ı verib.
TFF hesab edir ki, Qabriel Kaniçovskinin bu addımı siyasi məna daşıyır, düşüncəsiz hərəkətdir və açıq mesaj vermək məqsədi güdüb. Bu səbəbdən federasiya UEFA-nın Etik və İntizam Komitəsindən adıçəkən futbolçuya və klubuna qarşı intizam işi açılmasını xahiş edib.
Xatıtladaq ki, "Beşiktaş"la matçda "Makkabi" 3:1 hesabı ilə qələbə qazanıb. Əvvəlcədən İstanbulda keçirilməsi nəzərdə tutulan qarşılaşma sonradan təhlükəsizlik səbəbindən neytral meydanda - Macarıstanda oynanılıb.
Xəbər 117 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR