Fələstin lideri Mahmud Abbas yaxın günlərdə hökuməti buraxmaq niyyətində olduğunu bildirib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, səbəb kimi hökumətin Qəzza zolağında öz vəzifələrini yerinə yetirə bilmədiyi və HƏMAS tərəfindən onun işinə maneə törədilməsi göstərilir.
Bununla əlaqədar M.Abbas yaxın saatlarda baş nazir Hami Abdulla ilə görüşərək, ondan öz postunda qalmağı və yeni hökumət formalaşdırmağı xahiş edəcək.
Aktual.az