Mahir Polşada 2021-ci ilin futbolçusu oldu

Mahir Polşada 2021-ci ilin futbolçusu oldu
  • İDMAN

Millimizin üzvü Mahir Emreli "Legiya”da 2021-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçilib.

Qaynarinfo xəbər verir ki, klubun rəsmi saytı azarkeşlər arasında sorğu keçirib. 25 yaşlı forvard sorğunun qalibi olub. Emreli səslərin 42 faizini toplayaraq əsas rəqibləri Filip Mladenoviç və Tomaş Pekhartı üstələyib. Mladenoviç 39 səslə ikinci, çexiyalı isə 19 faiz səslə üçüncü olub.

Emreli cari mövsüm "Legiya”nın heyətində keçirdiyi 33 oyunda 11 qola imza aıb.
 
Onun Polşa klubu ilə müqaviləsinə xitam verilməsi üçün rəhbərliyə məktub göndərdiyi iddia olunub.
Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR