Mahir Emrelinin evini qarət edən qrupun daha bir üzvü həbs edilib

Mahir Emrelinin evini qarət edən qrupun daha bir üzvü həbs edilib
  • İDMAN

Futbolçu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən daha bir nəfər tutulub.

APA-nın məlumatına görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qrupun daha bir üzvü, 2004-cü il təvəllüdlü Anar Məcnun oğlu Cəfərov saxlanılıb.
O, şübhəli şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ”ın hücumçusu Mahir Emrelinin Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd "İphone” markalı telefon oğurlanıb.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilən Nicat Vəliyev və əvvəl məhkum olunmayan Anar Mahmudov tutulublar.
Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR