Mahaçkalada Əziz Əliyevin adına bağ olacaq

Mahaçkalada Əziz Əliyevin adına bağ olacaq

Azərbaycan yaxın ərazilərin abadlaşdırılmasını öz üzərinə götürəcək.

Mahaçkalada KP Dağıstan vilayət komitəsinin sabiq birinci katibi Əziz Əliyevin abidəsi ucaldılacaq, eləcə də abidə ətrafında Mahaçkala şəhər administrasiyasının məlumatına əsasən bağ salınacaq.

Aktual.az bu barədə Dağıstan KİV-ə istinadən xəbər verir.

Dağıstan və Azərbaycanın böyük siyasi xadiminin abidəsinin ümumi sahəsi 900 kvadrat metrdən artıq olacaq.  

Qəbul edilmiş qərara əsasən, Azərbaycan Respublikası ətraf ərazinin abadlaşdırılmasını, eləcə də şəhər sakinlərinin istirahəti üçün məkanın yaradılmasını, Dağıstan Respublikasının Əmək və Sosial İnkişaf Nazirliyinin binasının, Ə.Əliyev adına küçədə yerləşən 1 və 3 saylı yaşayış binalarının ənənəvi üslubda üzlənməsini öz üzərinə götürür.

Gələcək bağın ətraflı memarlıq planı hazırlanıb, Azərbaycandan olan inşaatçılar briqadası hazırlıq işlərinə başlayıblar. Bundan başqa Bakıda Mahaçkalaya aparılacaq və Abubakarov və Ə.Əliyev küçələrinin kəsişmələrində quraşdıralacaq abidənin hazırlanması üzrə iş başlayıb.
Dağıstan paytaxtının rəhbərliyi öz növbəsində bu ərazini özəl tikililərdən və taksi dayanacaqlarından azad etməyi, küçə reklamlarının elementlərinin  demontajını öz üzərinə götürür.

Şəhər administrasiyasının işçiləri tərəfindən Ə.Əliyev küçəsində 1 və 3 saylı evlərdə asılı eyvanların ləğv edilməsi işləri aparılacaq, bununla əlaqədar Memarlıq İnşaat Nəzarətinin rəisi Məhəmmədhacı Zalbekov yuxarıda adı çəkilən binaların sakinlərinə müraciət edib, onlar bu tədbirlərin həyata keçirilməsinə və bunun üçün bütün proseslərin həyata keçirilməsinə  anlayışlı yanaşıblar.

Podratçı təşkilatın nümayəndəsinin sözlərinə görə, abidənin ucaldılmasına və bağın abadlaşdırılmasına dair bütün işlər gələn ilin yazının əvvəlində başa çatacaq.

Əziz Məmməd oğlu Əliyev (İrəvan 1897-ci il 1 yanvar – 1962-ci il 27 iyul. Bakı) – Sovet və Azərbaycanın dövlət və partiya xadimidir.
Diplomat, Azərbaycan SSR səhiyyə komisarı  (1939-1941), Azərbaycan SR Ali Şurasının sədri, Dağıstan KP vilayət Komitəsinin birinci katibi (1942-1948) olmuşdur.

Əziz Əliyev, Azərbaycan prezidenti İlham Əliyevin babasıdır.

Aktual.az

Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR