2016-cı ildə ali təhsil müəssisələrinin magistratura və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə TQDK sədrin Məleykə Abbaszadə məlumat verib.
O bildirib ki, ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq: “İmtahanın birinci mərhələsi 6 martda olacaq. İmtahanın ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək".