"Eurovision 2019" mahnı müsabiqəsində dünya ulduzu Madonnanın da çıxış edəcəyi dəqiqləşib.
Aktual.az axşam.az-a istinadən bildirir ki, yarışma təşkilatçıları İsrailin paytaxtı Tel-Əvivdə keçiriləcək gecədə qonaq qismində yer alacaq müğənni, sadəcə, 1 mahnı səsləndirəcək.
Bunun üçün isə 58 yaşlı Madonna 1 milyon dollar qonorar alacaq. O, gecədə siyasətlə bağlı olan "Avro" mahnısını səsləndirəcək.
1 milyonu isə Madonnaya biznesmen Silve Adams verəcək.
Xəbər 964 dəfə oxunub.