Macarıstanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Macarıstanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto gələn həftə Azərbaycana səfərə gələcək.

Aktual.az-ın xəbərinə görə, bu barədə Report-a Macarıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nazir iyunun 28-də Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının işində iştirak edəcək.

Nazirlə birgə Bakıya macarıstanlı iş adamlarından ibarət böyük nümayəndə heyəti də gələcək.

Xatırladaq ki, Azərbaycan tərəfindən Hökumətlərarası Komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir.

Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR