Macarıstan Ukraynanın Rusiya ərazisindəki hərbi əməliyyatını rəsmi şəkildə şərh edib.
Aktual.az xəbər verir ki, bu barədə "Telex" nəşri məlumat yayıb.
Baş nazir Viktor Orbanın aparat rəhbəri Qerqey Qulyaş bildirib ki, hökumət sülhə sadiq qalır:
"Ukrayna təkcə özünü müdafiə etmir, həm də hücum edir. Biz atəşkəs və sülh istəyirik".
O əlavə edib ki, Kiyev və Moskva unutmamalıdır ki, həm də Avropanın enerji təhlükəsizliyinə cavabdehdirlər.
Xəbər 157 dəfə oxunub.