Fövqəladə və Səlahiyyətli səfir İmre Laslotski səfəri çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
Aktual.az xəbər verir ki, icra başçısı qonağı salamlayaraq Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Elmar Vəliyev İmre Laslotskiyə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı haqda ətraflı məlumat verib.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski qəbula görə icra başçısına minnətdarlığını bildirib. Səfərinin bir neçə məqsədi olduğunu vurğulayan İmre Laslotski Macarıstanda kənd təsərrüfatı sahəsinə daha çox diqqətin ayrıldığını bildirib. Elə bu səbəbdən də Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti ilə yaxından tanış olmağı qərara alıb. Səfir bildirib ki, Macarıstan universitetlərində dünyanın müxtəlif ölkələrində çox sayda tələbə təhsil alır. Azərbaycanlı tələbələr üçün də 20 yer ayrılıb. Onlar yalnız kənd təsərrüfatı deyil , digər sahələr üzrə də ixtisaslı kadr kimi yetişirlər. Macarıstan Dövlətinin hesabına gözlənilir ki, daha 20 tələbə üçün də həmin ali təhsil ocaqlarında yerlər ayrılsın.