Macarıstan parlamentinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" ilə bağlı layihəni rədd edib.
Aktual.az azvision.az-a istinadən bildirir ki, parlamentin Xarici əlaqələr komitəsində hakimiyyətdə olan "Fidesz" Partiyası və ölkənin ikinci böyük partiyası olan "Jobbik"in deputatları parlamentdə 5 deputatla təmsil olunan Macar Yaşıllar Partiyası tərəfindən təqdim edilən layihənin əleyhinə səs veriblər.
"Jobbik" Partiyasının nümayəndəsi Marton Gyöngyösinin sözlərinə görə, bu məsələ tarixçilər tərəfindən araşdırılmalıdır: "Bu məsələ tarixçilər və hüquqşünasların öhdəsinə buraxılmalıdır. Roma Papası Fransiskin, siyasətçilər və başqa parlamentlərin nə söyləməsinin Macarıstan parlamentinə aidiyyəti yoxdur. Səs qazanmaq üçün belə addımlar atılmamalıdır".