Maçado Nobel mükafatını almağa gəlməyəcək

Maçado Nobel mükafatını almağa gəlməyəcək
  • DÜNYA

Venesuelanın müxalifət lideri, Nobel Sülh Mükafatına layiq görülən Mariya Korina Maçado Osloda keçiriləcək təqdimetmə mərasimində iştirak etməyəcək.
Aktual.az xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.
Məlumata görə, 58 yaşlı Maçado Venesuela hakimiyyətinin qoyduğu onillik səyahət qadağasına məruz qalıb və bir ildən artıqdır ki, gizlənir. Onun dəqiq harada olduğu məlum deyil.
Qeyd edək ki, Maçado 10 oktyabrda Nobel Sülh Mükafatına layiq görülüb. Mükafat ona "Venesuela xalqının demokratik hüquqlarının inkişafı və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün yorulmaz fəaliyyətinə görə” verilib.
Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR