Mağazalarda siqaret qıtlığının səbəbi nədir?

Mağazalarda siqaret qıtlığının səbəbi nədir?

"Siqaretin satışına məhdudiyyətin qoyulması topdansatış və istehsalçı ilə əlaqədardır.”

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev siqaretin satışının məhdudlaşmasına münasibətində bildirib. O, qeyd edib ki, siqaret həm daxildə istehsal, həm də xaricdən idxal olunur: "Pərakəndə satışla bağlı heç bir problem yoxdur. Əgər təklif verərlərsə, pərakəndə satış idarəsi həmin qiyməti daha da artırıb satışa çıxaracaq. İstehsalçı, topdansatış və idxalçı nağdsız ödənişə etiraz olaraq bu addımı atmaq qərarına gəlib. Yəni, siqareti hardasa qıtlaşdırırlar.”

Samir Əliyev bütün bunların siqaretin qiymətinin artımına səbəb olacağını vurğulayıb: "Əslində bütün bunlar siqaretin qiymətinin qalxmasına yönəlib. Onsuz da qiymət artımı baş verir. Siqaret xarici ölkələrdən alınır. Dolların bahalaşması bir başa qiymət artımına istiqamətlənib. Görünür, bunun arxasında həm də hansısa vergi güzəşti dayanır. Onlar siqaretin qiymətini artırmaq istəyir, hökümət isə buna yol vermir. Buna görə də onlar höküməti hansısa fakt qarşısında qoymaq istəyirlər.”

Aktual.az
Xəbər 539 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR