Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları 10 632 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqları aşkar edərək götürüb.
Bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.
Belə ki, idarənin əməkdaşları tərəfindən Abşeron və Qaradağ rayonları ərazilərindəki mağazalarda satıcı işləyənlər - Naib Əsədullayevdən, Cavid Fərəcovdan və Ramil Quliyevdən ümumilikdə 10 632 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.