Paytaxtda mağaza qıtlığı yaşanır.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar nəticəsində dolların məzənnəsinin 1,5511 manat miqdarında müəyyən edilməsi paytaxtın ictimai iaşə obyektlərində çaxnaşmaya səbəb olub.
Aktual.azxəbər verir ki, ANS PRESS əməkdaşlarının paytaxt mağazalarında apardığı araşdırmalar nəticəsində məlum olub ki, əksər ərzaq, məişət və elektrotexnika, telefon mağazaları satışdan imtina edib və mağazalar öz fəaliyyətini dayandırıb.
Ərzaq mağazalarının sahibləri satışı dayandırmalarına səbəb kimi dolların kursunun hər gün yüksəlməsini göstərirlər.
Xatırladaq ki, ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib.
Bunun nəticəsində manat 47% devalvasiya edib. Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə - 1,55 manatla başlayıb. Bu gün isə 1 dollar 1.5511 manatdır.