Ağstafa polisi mağazalardan pul, tütün məmulatı, spirtli içki və “E-Manat” ödəmə terminalı oğurlamış şəxsləri ələ keçirib.
DİN-nin mətbuat xidmətindən bildiriblər ki, Ağstafa polisinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətmiş Elnur Xəlilov və Məhərrəm Seyidov tutulublar.
Onların fevralın 11-də rayon sakinləri Şəhla Abbasovaya və Saleh Məmmədova məxsus mağazalardan pul, tütün məmulatı, spirtli içki və “E-Manat” ödəmə terminalını oğurladıqları bildirilir.