Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş şəxs saxlanıb.
Hadisə sentyabrın 26-da baş verib. Belə ki, Yasamal rayonunda “Toyota” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Məmməd Həşimov yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində Zinaida Arefyeva ölüb.
Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həşimov polis tərəfindən saxlanılıb.\trend