Günəş tutulması başa çatıb

Günəş tutulması başa çatıb

2015-ci ilin ilk tam Günəş tutulması hadisəsi başa çatıb.


APA-nın xəbərinə görə, Novruz bayramına təsadüf edən tam Günəş tutulması hadisəsini Azərbaycandan da qismən müşahidə etmək mümkün olub.

 

Günəş tutulması saat 11:40-da başlayıb və saat 15:48-də başa çatıb. Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edib. Günəş tutulması maksimumuna saat 13:44-də çatıb. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə edilib. Belə ki, ölkəmizdən Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayıb, saat 14:30-da maksimumda olub, saat 15:18-də isə başa çatıb.

 

Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrindən qismən müşahidə etmək mümkün olub. Tam tutulma isə İslandiyada, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsindən müşahidə edilib.

 

Qeyd edək ki, bu il iki Günəş və iki Ay tutulması baş verəcək. İlk Ay tutulması aprelin 4-də, növbəti Ay tutulması sentyabrın 28-də, ilk tam Günəş tutulması martın 20-si, növbəti Günəş tutulması isə sentyabrın 13-də qeydə alınacaq.

 

 

***

 

Saat 11.40

 


 2015-ci ilin ilk tam Günəş tutulması hadisəsi başlayıb.

 

APA-nın xəbərinə görə, Novruz bayramına təsadüf edən tam Günəş tutulması hadisəsini Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq.

 

Saat 11:40-da başlayan Günəş tutulması saat 15:48-də başa çatacaq. Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Belə ki, ölkəmizdən Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayacaq, saat 14:30-da maksimumda olacaq, saat 15:18-də başa çatacaq. Vətəndaşların Günəş tutulmasını müşahidə edərkən Günəş eynəklərindən istifadə etməsi məsləhətdir.

 

Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrindən qismən müşahidə etmək mümkün olacaq. Tam tutulma isə İslandiyada, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsindən müşahidə ediləcək.

 

Qeyd edək ki,  bu il iki Günəş və iki Ay tutulması baş verəcək. İlk Ay tutulması aprelin 4-də, növbəti Ay tutulması sentyabrın 28-də, ilk tam Günəş tutulması martın 20-si, növbəti Günəş tutulması isə sentyabrın 13-də qeydə alınacaq.



Xəbər 538 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR