Ölümdən dönənlər nələr görüb?

Ölümdən dönənlər nələr görüb?

Ölümdən sonrakı həyat, kliniki ölm keçirmiş insanların təcrübələri, axirət dünyasının var olub -olmamasına dair suallar bəşəriyyəti hər zaman düşündürüb.  Ölümdən sonrakı həyata dair ən yaxşı tədqiqat işi amerikalı psixoterapevt Raymond Moudi tərəfindən qələmə alınıb. Onun “Ölümdən sonrakı həyat” kitabı insanın ölümə dair qorxularına qalib gəlməsinə kömək edir və beynimizi qarışdıran bir sıra sualları cavablandırır.

Klinik ölüm  və ya ağır narkoz altına cərrahi əməliyyat keçirən  insanlar adətən işıqlı bir tunelə düşdüklərini, ruhlarının bədəndən ayrıldığını və ya özlərini cənnət qapısında gördüklərini deyirlər. Alimlər isə bunu əslində klinik ölümlə üzləşən insanların beyinlərinin reaksiyası kimi qiymətləndirirlər.

ruh1

Biziminfo.com ruhlarının bədənlərindən ayrıldıqlarını yazan insanların danışdıqqlarını təqdim edir.

“Yatmışdım. Otaq yoldaşlarımın ətrafımda gəzinib, nahar süfrəsi hazırladıqlarını görürdüm. Onları yaxşı eşidirdim, amma nədənsə onlar mənim yatdığımı düşünürdülər.  Cavab verirdim, ama eşitmirdilər məni.Çox qəribə idi,sanki özümü də kənardan görürdüm. Mən xəstə filan deyildim, sadcə yorulub çarpayıma uzanmışdım. Bu anlar nə qədər davam etdi deyə bilmərəm. Lakin bir anda ildırım sürəti ilə bir borunun içərisinə daxil olurmuş kimi  öz bədənimə girdiyimi hiss etdim. Ayaq barmaqlarımın ucundan bədənimə soxuldu ruhum. Bu hadisə bir daha təkrarlanmadı”.

45

Raymond Moudinin kitabından sitat:  “Ərim  anidən gənc yaşda ölmüşdü. Yazıçı idi. Çox üzülürdüm. Bir sabah onun  yazı makinasında mənə yazılmış bir mesaj gördüm- Dovşanım, mən getməmişəm, ruhum axirətlə  Yer üz arasında sərgərdan qalıb- Bu sözləri ondan başqası yaza bilməzdi, çünki, onun mənə dovşanım dediyini ikimizdən başqa kimsə bilmirdi. O bir neçə gün yazdı. Daha sonra getməyə hazır olduğunu bildirib vidalaşdı. Bu son oldu”.

Ölümə yaxın hisslər demək olar ki, hamıda eynidir. Mənsubiyyətindən asılı olmayaraq, dünyada klinik ölümlə üzləşəndən sonra ayılan 20 faiz insan eyni səhnəni təsvir edir. Belə bir fenomenin elmi baxımdan izahı olmadığı üçün bu ya dinlə əlaqələndirilir, ya da bunun halusinasiya olduğu deyilir.

Alimlərin çoxu klinik ölümün ürəyin müvəqqəti dayanması və beyinə oksigen çatmaması səbəbindən baş verdiyini deyir. Miçiqan Universitetindən Cimo Borjigin kliniki ölüm keçirən hər kəsin eyni səhnəni təsvir etdiyini deyir: “Onların hamısının parlaq işıq gördüklərini deməsi, görmə hisslərinin hələ də aktiv olması deməkdir.”-deyə həkimlər bildirir.

14

Axirətmi, hallünasiyamı? Hansına inanmaq hər insanın özünə qalmış məsələdir.Əgər aranızda bu duyğuları yaşamış insanlar varsa bizə yazın. Paylaşaq, müzakirə edək. Bu sirli aləmin qapılarını aralamağa cəhd edək.

Xəbər 2042 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR