Ölüm vaxtınızı hesablaya biləcək neyron şəbəkə yaradılır.
Aktual.az xəbər verir ki, layihə "Google" şirkəti tərəfindən həyata keçirilib. Belə ki, alqoritmlər əsasında hazırlanmış yeni neyron şəbəkəsi xəstənin səhhətini analiz edərək onun əsasında ölüm vaxtını proqnozlaşdıracaq.
Şəbəkə xərçəng xəstəliyindən əziyyət çəkən pasiyentlər də daxil olmaqla, yüz minə yaxın xəstə üzərində sınaqdan keçirilib. Kompüterlər rentgenoloji müayinənin məlumatlarını təhlil edərək xəstənin ölüm ehtimalını 9,3% qiymətləndiriblər. Ancaq 175639 parametri təhlil edən neyron şəbəkəsi bu göstəricini 19,9 faizədək yüksəldib. Həmin qadın 10 gün sonra ölüb.
Neyron şəbəkəsi ölüm vaxtını hesablamaqla yanaşı, eyni zamanda xəstəliklərin yarada biləcəyi fəsadları, xəstəxanada qalma müddətini və ya yenidən xəstəxanaya yerləşdirilmə ehtimallarını da proqnozlaşdırma qabiliyyətinə malikdir. Alqoritm PDF formatlı fayllardakı yazıları və köhnə tibbi kartları oxuya bilir, həmçinin həkimlərə öz vaxtlarına 80%-dək qənaət etməyə imkan verir.(publika.az)
Aktual.az
Xəbər 1816 dəfə oxunub.